AZ

Nigeriyada quldurlar 9 fermeri öldürdülər

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nigeriyanın şimal-qərbində yerləşən Talata Mafara rayonunda quldurların fermer birliyinə basqını nəticəsində 9 nəfər öldürülüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə rayon adminstrasiyasının rəhbəri Yahya Yari Abubakar hadisə ilə bağlı yerli mətbuata açıqlamasında bildirib.

O, basqın zamanı daha 15 sakinin oğurlandığını da söyləyib. 

Yerli deputat Hamisu Farunun sözlərinə görə isə, oğurlananların sayı 100-dən çoxdur. Onların təxmini yarısı qadınlar və uşaqlardır.

Qeyd edək ki, Nigeriyada bu cür hallar tez-tez baş verir. Məsələn, 2021-ci ildə quldurlar məktəblərdən birinə basqın zamanı 300-dən çox şagird qızı girov götürmüş, daha sonra onları pul müqabilində azadlığa buraxmışdılar.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
23
525.az

10Mənbələr