AZ

Azərbaycanın qadın güləşçiləri Macarıstanda toplanış keçirlər

Macarıstanın paytaxtı Tatada beynəlxalq təlim-məşq toplanışına start verilib.

90deqiqe.Az xəbər verir ki, qadın güləşi üzrə 15 milli komandanın cəlb olunduğu hazırlıq prosesində Azərbaycan yığmasının üzvləri də iştirak edirlər. Olimpiya Təlim-Məşq Bazasında təşkil edilən toplanışda baş məşqçi əvəzi Toğrul Əsgərovun rəhbərliyi altında Elnurə Məmmədova (53 kiloqram), Günay Qurbanova (59 kiloqram) və Ruzanna Məmmədova (62 kiloqram) iştirak edir. Qarşıdan gələn yarışlara hazırlıq xarakteri daşıyan toplanış iyulun 29-dək davam edəcək.

Qeyd edək ki, növbəti hazırlıq prosesinin də ölkə xaricində təşkili nəzərdə tutulub. Belə ki, U-20 milli komandanın üzvlərinin – Günay Qurbanova (59 kiloqram) Ruzanna Məmmədova (62 kiloqram) və Zəhra Kərimzadənin (72 kiloqram) baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında avqustun 5-17-də Bolqarıstanın paytaxtı Sofiyada toplanış keçməsi planlaşdırılır. Komandamız hazırlıq prosesini başa vurduqdan sonra eyni şəhərdə keçiriləcək U-20 dünya çempionatına qatılacaq.

Seçilən
5
5
90deqiqe.az

10Mənbələr