ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Ötən həftə çimərlik ərazilərini çirkəndirən şəxslərin cərimələnməsi ilə xəbərlər ölkə gündəmini zəbt etmişdi. Uzun illərdir ölkəmizdə çimərlik zonasının təmizliyini qorumaq məqsədilə bir sıra qurumlar tərəfindən maarifləndirmə və təbliğat işləri aparılsa da, müsbət nəticə çox azdır. Çimərliklərin və başqa su hövzələrinin təmizlənməsini “İDEA” İctimai Birliyi könüllü şəkildə həyata keçirsə də, nəzərə almaq lazımdır ki, bu məsuliyyət icra hakimiyyətinin üzərinə düşür. Bu gün Xəzərin sahillərindəki çimərliklərin, demək olar, əksəriyyətində natəmizlik baş alıb gedir. Bunun bir səbəbi çimərliyi zibilləyənlərdirsə, digər səbəbi çimərliyə zibil qutuları təşkil etməyən qurumlardır.
Qeyd olunan məsələ ilə bağlı Avtosfer.az-ın sosial şəbəkə hesabına izləyicilərimizdən biri Novxanı və Corat çimərliklərindəki vəziyyətin videosunu göndərib.
Görüntülərdə vətəndaş hamının tanıdığı “Amore” restoranın önündən Corat qəbiristanlığına qədər olan hissədə bir dənə də olsun zibil qutusu olmadığı aydın şəkildə görünür. Vətəndaşın aidiyyəti qurumları da tənqid etdiyi həmin görüntüləri sizə təqdim edirik:
Səfər
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.