Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Ümumdünya Yay Universiadasında stolüstü tennis üzrə yarışlar davam edir.
İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, azərbaycanlı tennisçi Xədicə Əbilzadə Uqanda təmsilçisi Teddi Votanaberuya beş setdən ibarət gərgin keçən görüşdə qalib gəlib - 3:2.
Əbilzadə Zemfira Mikaylova ilə çilili D.Fuentes - İ.Olivares cütlüyü ilə görüşdə qələbə qazanıb - 3:0.
Səbinə Məmmədova Nataşa Sivratnaya (Şri-Lanka), Nigar Mahmudova Angi Tana (ABŞ) 0:3 hesabı ilə uduzub.
Öz növbəsində Zemfira Mikayılova Mariya Taylakovaya (AİN) məğlub olub - 0:3.
Nihad Səmədzadə üç setdə Çonq Fai Heyə (Makao), Tural Mirzəyev isə Edri Kaballesə (Filippin) eyni hesabla uduzublar.
İdman.biz