Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Azərbaycana ilk dəfə səfər edən İranın "Mehr" agentliyinin əməkdaşı Azar Mahdavan Baku TV-yə açıqlamasında Qarabağda aparılan bərpa və quruculuq işlərinin onda dərin təəssürat yaratdığını bildirib.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən əvvəlki görüntülərlə tanış olduğundan bölgədə hazırda müşahidə olunan inkişaf onu təəccübləndirib:
"Bundan əvvəl İkinci Qarabağ müharibəsindən öncəki görüntülərə baxmışdım. Hər tərəf dağıntı içində idi. Biz də müsəlmanıq, bu mənzərə bizi çox narahat edirdi. Amma müharibədən sonra Azərbaycan dövləti burada çox sürətlə bərpa işlərinə başladı. Hotellər, iclas salonları tikildi. Bu da onu göstərir ki, Azərbaycan Qarabağına sahib çıxır".
O qeyd edib ki, şəhidlərin qanı ilə alınmış bu müqəddəs torpaqlar bu gün dirçəlir:
"Hoteldə olanda pəncərədən baxırdım, gecəyarısı idi, amma insanlar hələ də işləyirdilər. Bu onu göstərir ki, Qarabağı tezliklə yaşayış üçün tam hazır vəziyyətə gətirmək nə qədər önəmlidir".
Azar Mahdavan İranın Ali Lideri ayətullah Xameneinin Qarabağla bağlı fikirlərinə də toxunub:
"Xamenei həmişə deyirdi ki, Qarabağ islam torpağıdır. Bu torpaqların yenidən bir islam ölkəsinə - Azərbaycana qovuşması çox gözəl hadisədir. Çünki bu, Azərbaycanın öz torpağıdır və Azərbaycan onu azad edib. Bu, biz müsəlmanlar üçün sevincli bir haldır. Məscidlərin təzədən inşa olunması və insanların orada ibadət edə bilməsi çox dəyərlidir".
Daha ətraflı videomaterialda:
İranlı jurnalist: "Azərbaycan Qarabağına sahib çıxır"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.