AZ

“Napoli” Sam Bökema ilə gücləndi

“Napoli” 26 yaşlı niderlandlı mərkəz müdafiəçisi Sam Bökemanı “Bolonya”dan tamhüquqlu əsasda “eşşəkciklər”in heyətinə qatıb.

Arena.az bu barədə “Napoli”nin mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid Neapol təmsilçisinə 31 milyon avro məbləğ müqabilində başa gəlib.

Sam Bökema “Qou Ahed İqlz”ın məzunudur. Müdafiəçi, karyerası ərzində “Alkmar” və “Bolonya”da çıxış edib.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Bökema “Bolonya” üçün 4 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə fərqlənib.

Bökema milli yığma komandaya cəlb edilməyib.
Niderlandlı müdafiəçinin qənimətlər muzeyində “Bolonyo” ilə qazandığı 2024/2025-ci illər mövsümü İtaliya Kuboku var.

“Transfermarkt” internet-portalı 26 yaşlı niderlandlı mərkəz müdafiəçisinin transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
33
14
arena.az

10Mənbələr