AZ

Cəlilabadda balıqların kütləvi ölümü: Araşdırma aparılır

Cəlilabad rayonunun Pərdi kəndi ərazisində göllərdən birində balıqların kütləvi ölümü qeydə alınıb.

Gundem.az Report-a istinadla xəbər verir ki, suyun kəskin azalması səbəbindən göldəki xırda kilkə balıqlar tələf olub.

Kənd sakinləri qeyd edib ki, balıqlar gölə təxminən 50 il öncə buraxılıb. Son 5 ilə qədər isə burada həvəskar balıqçılar ovla məşğul olublar.

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

phrase_var_article.chosen
40
19
gundem.az

10phrase_var_article.sources