AZ

Bu, Azərbaycanın enerji strategiyası üçün yeni imkanlar açır

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

SOCAR-la Suriya hökuməti arasında qaz ixracına dair imalanan saziş, Azərbaycanın Yaxın Şərqdə enerji siyasəti ilə bağlı yeni bir mərhələnin başlanğıcı ola bilər.Bunu Demokrat.az-a açıqlamasında enerji məsələləri üzrə ekspert İlham Şaban deyib. O bildirib ki, Azərbaycan ilk dəfə olaraq Yaxın Şərq regionuna, konkret olaraq dost münasibət sərgiləyən Suriyaya qaz ixracı imkanı əldə edir:“Bu hadisə, Azərbaycanın 2007-ci ildən etibarən qaz ixracını genişləndirmə və şaxələndirmə siyasətinin növbəti mərhələsidir. Əgər 2020-ci ildən etibarən Azərbaycan əsas diqqətini Avropa bazarlarına yönəltmişdisə, bu gün beş il sonra artıq yeni bir coğrafiyada Azərbaycan qazına tələbat formalaşıb. Bu, Azərbaycanın enerji strategiyası üçün yeni imkanlar açır və ölkənin ixrac coğrafiyasının daha da diversifikasiyasını təmin edir. Yaxın Şərq bazarına çıxış, xüsusilə Suriyaya qaz ixracı, təkcə iqtisadi deyil, həm də siyasi və strateji baxımdan önəmlidir. Bu addım, Azərbaycanla dost münasibətlərdə olan ölkələrin enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, ölkəmizin regional nüfuzunun artmasına da xidmət edir. Gələcək mərhələlərdə bu bazarda müxtəlif enerji layihələrinin həyata keçirilməsi planlaşdırılır ki, bu da Azərbaycanın enerji diplomatiyasının güclənməsi baxımından əhəmiyyətli addımdır”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
50
demokrat.az

10Mənbələr