Birləşmiş Ştatlar yaxın gələcəkdə Çinlə ikitərəfli ticarət və digər məsələlər üzrə danışıqlar aparmağa hazırlaşır.
"Unikal" xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.
"Biz çox yaxın gələcəkdə danışmağa başlayacağıq... Düşünürəm ki, indi başqa məsələlər haqqında danışmağa başlaya bilərik", - deyə Bessent bildirib.
Nazir əlavə edib ki, danışıqlar Pekinin Rusiya və İran neftini almasını, eləcə də Çin tərəfindən böyük iqtisadi yönləndirmə ehtiyacını əhatə edə bilər.