Nabranda konsert proqramı ilə çıxış edən müğənni Nəfəs səhnə geyimi ilə diqqət mərkəzinə düşüb.Yenisabah.az xəbər verir ki, ifaçının seçdiyi obraz sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
“Bunlara heç geyim seçdirə bilmirlər”, “Temudan gələn Hadisə”, “Bu istidə o nə geyimdir?”, “Deyiləsi söz çoxdur, amma demirəm...” kimi şərhlər ifaçının görünüşünün bəzilərində təəccüb, bəzilərində isə narazılıq yaratdığını göstərib.
Qeyd edək ki, Nəfəs daha əvvəl də səhnə imici ilə bağlı müzakirələrə səbəb olmuşdu.