AZ

“Apple”ın gələcək başçısı açıqlanıb

Sherg.az saytına istinadən ain.az xəbər verir.

Tim Kukun “Apple” korporasiyasının başçısı postundan getməsindən sonra onun vəzifəsini şirkətin top-menecerlərindən biri tutacaq.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilir ki, böyük ehtimalla Amerikanın IT nəhənginin başına Con Ternus gətiriləcək. O 2021-ci ildən bəri “Apple”ın avadanlıqların hazırlanması üzrə baş vitse-prezidentidir.

Mark Qurman əmin edir ki, hər hansı fors-major hal baş verməsə, “Apple”ın yeni başçısı məhz o olacaq.

Mütəxəssis həmçinin hazırkı “Apple” rəhbəri Tim Kukun şirkəti ən azı daha beş il idarə edəcəyinə dair məlumatı da açıqlayıb. Bu halda 1975-ci il təvəllüdlü Con Ternusun, Tim Kuk vəzifədən getdikdə, 55 yaşı olacaq – “yeni baş direktor üçün olduqca münasib yaşdır”, - deyə o bildirir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
14
sherg.az

10Mənbələr