AZ

“Araz Market”də içini qurd basan yumurtalar satılır - VİDEO

Xırdalan şəhərindəki “Təzə bazar” adlanan ərazidə fəaliyyət göstərən “Araz Market”də xarab, içini qurd basan yumurtalar satılır.

XəzərNews.az Pozan TV-yə istinadla xəbər verir ki, Bu barədə görüntüləri sosial şəbəkələrdə Tamara Əlizadə adlı müştəri paylaşıb.

Müştəri qeyd edib ki, yumurtaların üzərində 13.07.2025-ci il tarixi qeyd olunub.

“Yəqin ki, yumurta sınıb, içi axıb və qurdlayıb. Çox pis qoxurdu. Mən sadəcə bunu başa düşmürəm, mağazalarda bir sürü satıcı var, bu insanların işi məhsulları mütəmadi olaraq yoxlamaq deyilsə, bəs nədir?”,- deyə müştəri bildirib.

Digər müştərilər də Binə və Sumqayıtdakı Araz marketlərdə belə hallarla tez-tez qarşılşdıqlarını bildiriblər.



Xəbər 4 dəfə oxunub.
Seçilən
23
50
xezernews.az

10Mənbələr