Bakı. Trend:
2025-ci il iyulun 20-də Şuşa şəhərində keçirilən III QlobalMedia Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevaçılış nitqi ilə çıxış etdi. Tarixi və strateji əhəmiyyətə malik butədbirdə Prezidentin çıxışı beynəlxalq informasiya məkanında yeniçağırışlara cavab olaraq mühüm ideoloji, siyasi və texnolojiməqamlarla yadda qaldı. “Yeni Media Erasında JurnalistikanınDayanıqlılığı: Risklər, İmkanlar və Perspektivlər” mövzusundakeçirilən forum 50-dən çox ölkəni təmsil edən medianümayəndələrinin iştirakı ilə qlobal informasiya siyasətiningələcəyinə dair əhəmiyyətli müzakirə meydanına çevrildi.
Prezident İlham Əliyev çıxışında müasir media aləmininqarşılaşdığı təhlükələrdən – dezinformasiya, saxta xəbərlər və süniintellektin yanlış istifadəsinin yaratdığı risklərdən danışdı. Qeydetdi ki, informasiya müharibələrinin qlobal siyasi balanslaratəsiri getdikcə artır və bu prosesdə media nümayəndələrininməsuliyyəti daha da böyüyür. O vurğuladı ki, müstəqil, məsuliyyətlivə peşəkar jurnalistika cəmiyyətlərin inkişafında, sülh vəsabitliyin möhkəmlənməsində əvəzsiz rol oynayır.
Prezident İlham Əliyev çıxışında xüsusilə vurğuladı ki, Şuşaşəhərinin seçilməsi bu forumun keçirilməsi üçün simvolik vəstrateji əhəmiyyət daşıyır. 2020-ci ildə Azərbaycanın ərazibütövlüyünün bərpasından sonra yaranan yeni reallıqlar, o cümlədənQarabağın bərpası və reinteqrasiyası prosesi dünya ictimaiyyətinədüzgün və obyektiv şəkildə çatdırılmalıdır. Prezident İlham Əliyevbildirdi ki, Ermənistanın illər boyu apardığı dezinformasiyasiyasətinə qarşı ən güclü cavab məhz faktlara əsaslanan, yerindəçəkilmiş görüntülərlə zənginləşdirilmiş müstəqil jurnalistika olabilər.
Forumda Prezident İlham Əliyev Azərbaycanda media islahatlarınındavam etdirildiyini və müasir informasiya texnologiyalarınıntətbiqinə geniş yer verildiyini qeyd etdi. Medianın rəqəmsallaşmasıvə süni intellektin imkanlarının etik çərçivədə istifadəsi iləbağlı dövlət siyasətinin formalaşdırıldığını bildirdi. Prezidentİlham Əliyev bu kontekstdə media nümayəndələrini təkcə istehlakçıdeyil, eyni zamanda sosial məsuliyyət daşıyan tərəf kimi fəaliyyətgöstərməyə çağırdı.
Prezident İlham Əliyev beynəlxalq jurnalistlərə çağırış edərəkvurğuladı ki, media artıq təkcə xəbər istehsalçısı deyil, həm dəqlobal sabitliyin və dialoqun təşviqçisidir. O, beynəlxalqəməkdaşlığın gücləndirilməsinin vacibliyini və media təmsilçiləriarasında qarşılıqlı anlaşmanın formalaşdırılmasının əhəmiyyətinibir daha gündəmə gətirdi. Azərbaycan bu istiqamətdə mühümtəşəbbüslərlə çıxış edir və Şuşa forumu da bu baxımdan beynəlxalqdialoqun mühüm platformasına çevrilmişdir.
III Qlobal Şuşa Media Forumunda Prezident İlham Əliyevin çıxışıhəm qlobal media siyasəti, həm də regional informasiyatəhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıdı. Dövlətbaşçısının səsləndirdiyi fikirlər müasir dövrün çağırışlarına cavabolaraq media nümayəndələri üçün istiqamətverici oldu. Azərbaycan buforum vasitəsilə bir daha göstərdi ki, sülh, inkişaf və tərəqqiyolunda həqiqətə əsaslanan güclü informasiya siyasəti mühüm roloynayır.
Əminə Ağazadə,
Milli Məclisin deputatı