AZ

Şabran şəhərində yeni Mediator Otağı istifadəyə verildi

BAKI, TurkicWorld

Quba 1 saylı Mediasiya Təşkilatının təşəbbüsü ilə Şabran şəhərində “Xızı, Siyəzən və Şabran rayon əhalisi üçün Mediator Otağı” istifadəyə verildi.

Mediasiya Təşkilatından TurkicWorld-a bildirilib ki, bu yeni məkan bölgə əhalisinin mediasiya xidmətlərinə daha əlçatan və rahat şəkildə çıxışını təmin edəcək.

Qarşılıqlı razılaşma yolu ilə mübahisələrin həllinə imkan yaradan bu təşəbbüs, mediasiya sahəsində barışıq saazişlərinin keyfiyyətinə mühüm töhfə verəcəkdir.

Ünvan: Şabran şəhəri, Zərifə Əliyeva küçəsi (Şabran məhkəməsinin qarşısı)

+994 77 388-77-44

[email protected]

Seçilən
155
3
turkic.world

7Mənbələr