AZ

Milli mətbuatın 150 illiyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxıldı

Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb.

Bu barədə Publika.az-a Medianın İnkişafı Agentliyindən (MEDİA) məlumat verilib.

Bildirilib ki, “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusunda 19-21 iyul tarixlərində keçirilən 3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Medianın İnkişafı Agentliyi və "Azərpoçt" MMC tərəfindən birgə hazırlanan poçt markasının təqdimat və möhürlənmə mərasimi keçirilib.

Seçilən
23
50
publika.az

10Mənbələr