AZ

Sabah 41 dərəcə isti olacaq

İyulun 22-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.

 

Milli Hidrometeorologiya Xidmətindən Senzor.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 22-27°, gündüz 34-39° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət isə gecə 65-75 %, gündüz 45-50 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 22-27°, gündüz 36-41°, dağlarda gecə 11-16°, gündüz 28-33° isti olacaq.

Seçilən
24
50
senzor.az

10Mənbələr