AZ

Azərbaycan klublarının Konfrans Liqasında potensial rəqibləri bilindi

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

90deqiqe.Az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən Azərbaycan təmsilçilərinin bu raunddakı mümkün rəqibləri müəyyənləşib.

“Sabah” – “Petrokub” (Moldova) cütünün qalibi növbəti mərhələdə “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) duelinin məğlubu ilə qarşılaşacaq.

Digər təmsilçimiz “Araz-Naxçıvan” Yunanıstanın “Aris” klubunu mübarizədən kənarlaşdıracağı halda, III mərhələdə “Omoniya” (Kipr) – “Torpedo” (Kutaisi, Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Bu raundda mübarizə aparan daha bir klubumuz “Zirə” isə Xorvatiyanın “Hayduk” komandası ilə dueldən qalib ayrılacağı təqdirdə, “Atletik Klub Eskaldes” (Andorra) – “Dinamo Siti” (Albaniya) cütünün güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları 8 avqust, cavab qarşılaşmaları isə 15 avqust tarixində keçiriləcək.

Seçilən
25
9
90deqiqe.az

10Mənbələr