Britaniya Rusiya ilə əlaqəsi olduğu iddia edilən 134 gəmiyə qarşı sanksiyalar tətbiq edib.
Day.Az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat yer alıb.
Məlumata görə, yeni sanksiyalar Rusiyanın enerji sektoruna zərbə vurur, onun əsas neft gəlirlərinə çıxışını məhdudlaşdırır.
Sənəddə əsasən, məhdudiyyətlərə məruz qalan gəmilərin ümumi sayı 290-dan 424-ə yüksəlib.
Sanksiyaların 2024-cü ilin əvvəlindən 24 milyard dollar dəyərində neft daşımış 135 neft tankerini hədəf aldığı qeyd olunub.