AZ

Avtobus sürücüsünün sükan arxasında pivə içdiyi iddia olunurVİDEO

Avtobus sürücüsünün sükan arxasında spirtli içki içdiyi iddia olunur.

Görüntülər vətəndaşlardan biri tərəfindən çəkilib və "Xəzər Xəbər"in vatsap qaynar xəttinə göndərilib.

Xezerxeber.az-ın məlumatına görə, videonu çəkən Tacəddin Cəfərov iddia edir ki, içilən maye pivə olub. Hadisə iyulun 20-də 183 nömrəli marşrut avtobusunda baş verib. Vətəndaş bununla bağlı iradlarını sürücüyə və ona pivə süzdüyü iddia edilən şəxsə də bildirib.

İddialarla bağlı üz tutduq sözügedən marşrut xəttinin fəaliyyət göstərdiyi ünvana. Məlum oldu ki, video çəkilən vaxt sükan arxasında olan sürücü İlham Həbibov olub. Bu gün o, yenidən eyni marşrutda iş başında idi.

''Xəzər Xəbər''ə danışan həmin şəxs iddiaları təkzib etdi. O, baş verənləri belə izah etdi: “Bəli, onu mən içmişəm. O kvas idi, spirtli deyildi. Bir sərnişin verdi mənə, mən də içdim. Bu adam da baxdı, qışqırdı ki, guya pivədi. Amma yox kvas idi". 

İlham Həbibovun sözlərinə görə, hadisədən sonra vətəndaş Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub. 30-cu polis bölməsində onun ifadəsi alınıb. 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə də əlaqə saxladıq. İdarənin bölmə rəisi Toğrul Nəsirli bildirdi ki, görüntülər araşdırılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
9
3
xezerxeber.az

10Mənbələr