Ajans.az xəbər verir ki, Britaniya hökumətinin məlumatına görə, bu tanker donanması 2024-cü ilin əvvəlindən bu yana Rusiyanın enerji və neft sektorunda 24 milyard dollar dəyərində yük daşıyıb və ölkənin neft gəlirlərində mühüm rol oynayıb. Böyük Britaniyanın xarici işlər naziri Deyvid Lemmi bildirib ki, yeni sanksiyalar Prezident Vladimir Putinin "kölgə donanmasını" bir qədər də dağıdacaq və Rusiyanın müharibə büdcəsini əsas neft gəlirlərindən məhrum edəcək. Hökumətin açıqlamasında qeyd olunub ki, "Intershipping Services LLC" şirkəti Qabon bayrağı altında gəmilərin qeydiyyatını həyata keçirərək, Rusiyanın lehinə illik 10 milyard dollar dəyərində yük daşımasına imkan yaradıb. "Litasco Middle East DMCC" şirkətinə də Rusiya neftinin böyük həcmdə nəqlində iştirakına görə sanksiyalar tətbiq olunub.

Qeyd edək ki, Moskva daha əvvəl Qərbin tətbiq etdiyi sanksiyaları qanunsuz adlandırıb və onların qlobal enerji bazarını qeyri-sabitləşdirdiyini bildirib.