AZ

Qəzaya uğramış maşın niyə 1 aydır yolun hərəkət hissəsində qalıb? – VİDEO

Bakının Qaradağ rayonu ərazisində qəzaya uğramış avtomobil 1 aya yaxındır ki, yolun hərəkət hissəsində qalıb.

Sürücülərin sözlərinə görə, qəza 1 ay öncə baş verib və bu müddət ərzində avtomobil yolun hərəkət hissəsində qalır.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, yoldan istifadə edənlər avtomobilin bu vəziyyətdə qalmasının xüsusən də axşam saatlarında daha böyük təhlükəyə yol açdığını bildirirlər.

Avtomobilin uzun müddətdir bu şəkildə yolun hərəkət hissəsində qalmasının səbəbini isə Bakı Şəhər Dövlət Yol Polisi idarəsindən soruşduq.

Qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, nəqliyyat vasitəsinin qısa müddət ərzində evakuasiyası təmin ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
9
48
nocomment.az

10Mənbələr