Uşaqlar gələcəyimizin aynasıdır və onlara düzgün istiqamət vermək cəmiyyətin ən mühüm vəzifələrindən biridir...
Erkən yaşlarda formalaşan dəyərlər və vərdişlər onların gələcək həyatlarına birbaşa təsir edir.
Baku TV mövzu ilə əlaqədar paytaxt sakinlərinə "Uşaqlara erkən yaşlardan nələri öyrətməliyik?" sualını ünvanlayıb.
Sakinlərdən biri bildirib ki, ilk növbədə uşaqlara ailə dəyərləri aşılanmalı, valideynlərə və böyüklərə qarşı düzgün davranış qaydaları öyrədilməlidir:
"Oğlan-qız ayrı-seçkiliyi edilməməlidir. "Oğlandır, ona belə davran", "qızdır, elə davran" kimi ifadələr işlədilməməlidir".
Digər sakin isə qeyd edib ki, uşaqlara uşaqlıqlarını yaşamaq imkanı verilməlidir:
"Bəzi valideynlər övladlarını erkən yaşda böyüklərin məsuliyyətini daşımağa məcbur edirlər ki, bu da gələcəkdə psixoloji və sosial problemlərə səbəb ola bilər. İndiki valideynlərin çoxu reallaşdıra bilmədikləri xəyallarını uşaqlarının üstünə yükləyirlər".
Ətraflı süjetdə:
Poliqon.info