AZ

İşğaldan azad olunmuş ərazilərdə qida təhlükəsizliyinə nəzarət məntəqəsi və yeni regional laboratoriyalar yaradılır

İşğaldan azad edilmiş ərazilərdə idxal-ixrac məhsullarına nəzarətin təşkili məqsədilə müasir tələblərə cavab verən qida təhlükəsizliyinə nəzarət məntəqəsinin və yeni regional (ilkin mərhələdə modul tipli) laboratoriyaların yaradılması istiqamətində işlər davam etdirilir.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Həmçinin bildirilib ki, müasir (stasionar, modul və ya mobil tipli olmaqla) heyvan kəsimi məntəqələrinin yaradılması istiqamətində görülən tədbirlər çərçivəsində Zəngilan rayonunda 1 heyvan kəsimi məntəqəsi tikilib, məntəqəyə AQTA tərəfindən baxış keçirilib və qeydiyyata alınıb. Eyni zamanda, Şuşa, Cəbrayıl, Füzuli, Ağdərə (Talış kəndi), Suqovuşan qəsəbəsi və Zəngilan rayonunun Ağalı kəndində ilkin olaraq çadır tipli kəsim məntəqələri quraşdırılıb.

Seçilən
7
11
yeniazerbaycan.com

10Mənbələr