AZ

“Qəbələ” “Kəpəz”ə QALİB GƏLDİ

“Qəbələ” yeni mövsümün hazırlığını davam etdirir.

Bizim.Media xəbər verir ki, “qırmızı-qaralar” təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Kaxaber Tsxadadzenin yetirmələri “Kəpəz”lə üz-üzə gəlib.

Görüş Qəbələ şəhər stadionunda baş tutub. Qarşılaşmanın ilk yarısı qolsuz başa çatıb. "Qəbələ" ikinci hissədə rəqib qapısına iki dəfə yol tapıb.


Öncə Paulo Quimbila hesabı açıb. Ardınca Domi Massoumou fərqlənib – 2:0.

Qeyd edək ki, “Qəbələ” ilk yoxlama oyununda “Şamaxı”ya 2:1 hesabı ilə qalib gəlib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
30
34
bizim.media

10Mənbələr