Türkiyədə Karsın Sarıqamış rayonunda yerləşən Karakurt Su Anbarında su səviyyəsinin azalması nəticəsində, illər əvvəl sular altında qalan qədim Karakurt kəndinin qalıqları yenidən üzə çıxıb. Baraj qapağının açılması və yağışların azalması səbəbindən göldəki su təxminən 30 metr geriləyib.
Bu barədə News24.az Milliyet-ə istinadən xəbər verir.
Ortaya çıxan məscid, ev və kilsə qalıqları həm nostalji hisslər oyadıb, həm də keçmişə səyahət imkanı yaradıb. Əvvəllər enerji və suvarma məqsədilə tikilən bənd, kəndin tamamilə boşaldılmasına səbəb olmuşdu. Hazırda isə kəndin izləri bir daha tarixə şahidlik edir.
Xeyrənsə Piriyeva