AZ

Zaqatalada açıq ərazidə YANĞIN OLDU

Ajans.az APA-ya istinadən xəbər verir ki, axşam saatlarında Zaqatala şəhəri Əhməd Mahmudov küçəsində kol-kos, xırda ağaclıq olan ərazidə yanğın baş verib.

Yanğın genişlənərək yaxınlıqdakı evlərə və obyektlərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində 300 kv/m sahədə kol-kos, xırda ağaclar və məişət tullantıları yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb olunub.

Seçilən
3
50
Ajans.az

10Mənbələr