AZ

Bakı və Ər Riyad əməkdaşlıq məktubu imzaladı

ain.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hesablama Palatası ilə Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsi arasında həmkar qiymətləndirməsinin həyata keçirilməsi ilə bağlı tapşırıq məktubu imzalanıb.

Metbuat.az xəbər verir ki, məktub Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsinin Prezidenti Hussam Alanqarinin Hesablama Palatasının fəaliyyətinin həmkar qiymətləndirilməsi çərçivəsində Bakıya səfəri zamanı imzalanıb.

Alanqari Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla görüşdə Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli də iştirak edib.

Görüş zamanı Palatanın sədri iki ölkə arasında mövcud olan yüksək səviyyəli əlaqələr fonunda ali audit orqanları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, həmkar qiymətləndirməsi ilə bağlı ilkin müzakirələrin faydalı keçdiyini qeyd edib. Bildirib ki, aparılan qiymətləndirmə Hesablama Palatasının fəaliyyətinin inkişafına töhfə verəcək.

Hussam Alanqari səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. O, Hesablama Palatasının dövlət maliyyə nəzarəti sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib, qurumun beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli formatda həyata keçirdiyi fəal və məqsədyönlü fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Görüş zamanı Alanqari Hesablama Palatasını ərəb ölkələrinin Ali Audit Orqanları Təşkilatının (ARABOSAI) bu ilin noyabr ayında Ciddə şəhərində keçiriləcək 15-ci Baş Assambleyasında iştiraka dəvət edib. O, toplantının ali audit orqanları arasında təcrübə mübadiləsi baxımından önəmli imkanlar yaradacağını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
38
metbuat.az

10Mənbələr