AZ

Tramp məzuniyyətini bu ölkədə keçirəcək

ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens yay məzuniyyətini Böyük Britaniyada keçirməyi planlaşdırırlar.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı "The Telegraph" nəşri yayıb.

Məlumata əsasən, Ceyms Devid Vens həyat yoldaşı və üç övladı ilə birlikdə avqustun ortalarında Londona səfər edəcək. Vitse-prezident burada kottec kirayələyəcək və bir neçə gününü İngiltərənin cənub-qərbində yerləşən gözəl Kotsvolds bölgəsində keçirəcək. Daha sonra isə ailəsi ilə birlikdə Şotlandiyaya yollanacaq.

Vens səfəri çərçivəsində İngiltərənin xarici işlər naziri Devid Lemmi ilə görüşmək istəsə də, onların iş qrafikləri üst-üstə düşmədiyi üçün bu plan baş tutmayıb.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Karolin Levitt Prezident Donald Trampın da iyulun 25-dən 29-dək Şotlandiyada olacağını açıqlayıb. Britaniya mediasının yazdığına görə, Tramp səfər zamanı ona məxsus qolf klublarında qalacaq və Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşəcək.

Milli.Az

Seçilən
0
9
milli.az

1Mənbələr