Bu barədə Baku TV-yə açıqlamasında iqtisadçı Xalid Kərimli məlumat verib.
Onun sözlərinə görə, kredit müqaviləsində həm nominal, həm də effektiv faiz dərəcəsi açıq şəkildə göstərilməlidir:
"Vətəndaş müqavilədə kreditin effektiv faiz dərəcəsini görməlidir. Ola bilər ki, bank kreditin nominal faizini aşağı göstərsin, lakin komissiyalar yüksək olsun və ya bank olmayan kredit təşkilatları bu fəndlərdən istifadə etsin", - deyə iqtisadçı bildirib.
Xalid Kərimli əlavə edib ki, Mərkəzi Bankın tələbinə əsasən, təqdim olunan müqavilələrdə effektiv faiz dərəcəsi mütləq qeyd olunmalıdır ki, vətəndaş ümumi öhdəliklərini tam şəkildə dərk edə bilsin:
"Vətəndaş həmçinin gecikmə və cərimə faizləri barədə də məlumatlı olmalıdır. Əgər hər hansı səbəbdən ödəniş gecikərsə, nominal faizlə yanaşı, əlavə cərimə faizləri də tətbiq oluna bilər", - deyə o vurğulayıb.
Ətraflı süjetdə:
7Mənbələr
-
avtosfer.azKredit götürərkən nələrə diqqət etməliyik? VİDEO ( 19746170)
-
veteninfo.azKredit götürərkən nələrə diqqət etməliyik? ( 19704914)
-
olke.azKredit götürərkən nələrə diqqət etməliyik? ( 19558391)
-
demokrat.azKredit götürərkən nələrə diqqət etməliyik? — VİDEO ( 19551551)
-
valyuta.azKredit götürərkən nələrə diqqət etməliyik? ( 19550903)
-
referans.azKredit götürərkən nələrə diqqət etməliyik? ( 19549574)
-
publika.azKredit götürərkən nələrə diqqət etməliyik? ( 19545236)