AZ

Sumqayıtda avtobus qəzaya düşüb: Yaralananlar var

Sumqayıtda sərnişin avtobusu qəzaya düşüb.

Bakues.az xəbər verir ki, hadisə Novxanı yolunda qeydə alınıb.

Aqil Əmirovun idarə etdiyi “İsuzu” markalı avtobus idarəetmədən çıxaraq yolun ortasındakı işıq dirəyinə çırpılıb.

Qəza zamanı avtobusda olan sərnişinlərdən xəsarət alanlar olub. Onlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
58
22
icma.az

10Mənbələr