AZ

Sumqayıtda avtobus qəzasında xəsarət alanların SON DURUMU

Sumqayıt şəhərində sərnişin avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media -ya bildirilib ki, Sumqayıtda baş verən qəza səbəbi ilə iyulun 21-i, saat 18:20-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına səkkiz nəfər (iki qadın cinsli, altı kişi cinsli) hospitalizasiya olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıtda sərnişin avtobusu işıq dirəyinə çırpıldı - Yaralılar var


"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.

Bizim.Media

Seçilən
70
45
bizim.media

10Mənbələr