Prmyer Liqanı tərk edən “Səbail” kapitanı Yusif Nəbiyevlə yeni müqavilə imzalayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı müdafiəçi ilə müqavilə 1+2 illikdir.
Yusif Nəbiyev son iki mövsümü “Səbail”də keçirib.
Bayıl klubu 2025/26 mövsümündə Azərbaycan 1-ci liqasında mübarizə aparacaq.