AZ

Ceyhun Bayramov gürcüstanlı həmkarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb

Missiya.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana səfəri çərçivəsində həmkarı Maka Botçorişvilini Ermənistanla normallaşma prosesi barədə ətraflı məlumatlandırıb.

Missiya.Az xəbər verir ki, nazirlər Gürcüstanın normallaşma prosesinə verdiyi töhfə, 2022-ci ildən etibarən bir sıra görüşlərə ev sahibliyi etməsini məmnuniyyətlə xatırlayıblar.

C.Bayramov həmkarının diqqətinə sülh prosesində əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən ərazi iddialarının yekun sülh sazişinin imzalanması üçün maneə olaraq qaldığını çatdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
13
missiya.az

4Mənbələr