AZ

İsrailin hava limanı hədəfə alındı

Yəməndəki üsyançı “Ənsar Allah” hərəkatına bağlı husilər Təl-Əvivdə yerləşən İsrailin Ben Qurion hava limanını “Fələstin-2” hipersəsli ballistik raketi ilə hədəf aldıqlarını açıqlayıb.

Yəhya Saria əməliyyatın uğurla hədəfə çatdığını və hava limanında uçuşların dayanmasına səbəb olduğunu qeyd edib.

Bu hücumun İsrail ordusunun Qəzza zolağında fələstinlilərə qarşı törətdiyi soyqırım cinayətlərinə bir cavab olduğunu bildirən Yəhya Saria, Qəzzaya hücumlar dayandırılıb mühasirə ləğv olunana qədər İsrailə qarşı hücumların davam edəcəyini vurğulayıb.

Husilər dünən pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Ben Qurion və Ramon hava limanları, eləcə də Eylat limanı da daxil olmaqla 5 nöqtəni hədəfə alan hücumlar həyata keçirdiklərini açıqlamışdılar.

Seçilən
398
29
cebheinfo.az

10Mənbələr