Aktual.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev səsləndirib.
Kamran Əliyevin sözlərinə görə, Azərbaycan tərəfinin hadisə ilə bağlı kifayət qədər sübütları var.
"İlkin mərhələdən etibarən biz zəruri olan bütün sübutları toplamışıq. Hadisənin baş verməsi və səbəbləri barədə kifayət qədər məlumatımız var, sübutlar mövcuddur. Qazaxıstan tərəfi ilə fəaliyyətimizi koordinasiya edirik. Bu yaxınlarda istintaq qrupumuzun üzvləri Qazaxıstana səfər ediblər və həmkarlarla işguzar görüş keçiriblər. Biz, həmçinin Braziliya prokurorluğu ilə əlaqə saxlayırıq. Çünki "Embraer-190” təyyarəsi bu ölkədə istehsal olunub”, - deyə o əlavə edib.