22 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Ferrum Capital” QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Bamker.az bu barədə BFB-yə istinadən xəbər verir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı “FERRUM CAPİTAL” QSC Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2019022287 İstiqrazın növü və forması İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı Ticarət üsulu / forması Kütləvi / Birqiymətli Hərrac İstiqrazların sayı 10,000 (ədəd) İlkin ticarət qiyməti 100 AZN İstiqrazların buraxılış həcmi 1,000,000 AZN İllik gəlirlilik faizi 14% Ödəmə periodu Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 90 gündən bir Tədavül müddəti 12 ay Ticarətə buraxılma tarixi Emitent tərəfindən bildiriləcək Anderrayter “UniCapital İnvestisiya Şirkəti” ASC