AZ

Rusiya-Ukrayna danışıqlarında Türkiyədə iştirak edəcək?

Rusiya-Ukrayna danışıqlarında Türkiyə nümayəndə heyəti də yer alacaq.

Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” adı açıqlanmayan türkiyəli rəsmiyə istinadən məlumat yayıb.

Ehtimal edilir ki, Türkiyə nümayəndə heyətinə xarici işlər naziri Hakan Fidan rəhbərlik edəcək.

Qeyd edək ki, İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarının növbəti raundunun iyulun 23-də Çırağan sarayında keçirilməsi planlaşdırılır.

Seçilən
145
50
axar.az

10Mənbələr