AZ

Əzələ spazmları zamanı banan yemək faydalıdır, yoxsa zərərli?

Banan tez-tez əzələ spazmlarının qarşısını almaq üçün tövsiyə olunan meyvələr arasında yer alır. Bu, onun tərkibindəki kalium və maqnezium kimi minerallarla bağlıdır. Lakin mütəxəssislər bildirirlər ki, bananın bu təsiri daha çox profilaktik xarakter daşıyır və dərhal rahatlaşdırıcı effekt gözləmək doğru deyil.

E-saglam.az xəbər verir ki, kalium əzələlərin düzgün işləməsində mühüm rol oynayır və çatışmazlığı spazmlara səbəb ola bilər. Ancaq yalnız bir banan yeməklə bu problemi qısa müddətdə həll etmək mümkün deyil. Davamlı təsir üçün balanslı və elektrolitlərlə zəngin qidalanma vacibdir.

Kimlər üçün faydalıdır?

Banan xüsusilə idmanla məşğul olanlar, hamilə qadınlar, yaşlı şəxslər və gecə əzələ sancılarından əziyyət çəkənlər üçün faydalı sayılır. Amma yalnız bananla kifayətlənmək düzgün deyil – digər minerallarla zəngin qidaların da qəbuluna diqqət yetirilməlidir.

Pəhrizə əlavə oluna biləcək faydalı qidalar:

Avokado

Sümük suyu

Yarpaqlı göyərtilər (ispanaq, kahı və s.)

Qoz-fındıq və müxtəlif toxumlar

Hindistan qozu suyu

Davamlı spazmlar ciddi səbəblərin əlaməti ola bilər

Əgər əzələ spazmları tez-tez təkrarlanır, şiddətli ağrı və ya zəifliklə müşayiət olunursa, bu, daha ciddi sağlamlıq probleminin əlaməti ola bilər. Belə hallarda mütəxəssisə müraciət etmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az 

phrase_var_article.chosen
26
e-saglam.az

1phrase_var_article.sources