AZ

Hindistana məxsus sərnişin təyyarəsi alovlandı

Hindistana məxsus sərnişin təyyarəsi hava limanına endikdən sonra alovlanıb.

Sitat.info xəbər verir ki, bu barədə “Air İndia” şirkəti məlumat yayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd olunur ki, enişdən sonra sərnişinlər artıq təyyarədən enməyə başlayanda quyruq hissəsində yerləşən köməkçi enerji blokunda yanğın baş verib.

Təyyarə Honkonqdan Yeni Dehliyə uçuş həyata keçirib.

Seçilən
85
3
sitat.info

4Mənbələr