Ajans.az xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş belə deyib. Məlumatı Baş katibliyin təmsilçisi Stefan Düjarrik yayıb. S.Düjarrik bildirib: "Baş katib Quttereş YUNESKO-nun baş direktoru Odre Azuleyə qoşularaq, Birləşmiş Ştatların qərarından dərin təəssüf hissini bildirir".

İyulun 22-də Dövlət Departamenti ABŞ-nin 2027-ci ildə YUNESKO-dan çıxacağını bəyan edib. Vaşinqton artıq qərarını təşkilatın rəhbərliyinə çatdırıb. Dövlət Departamenti qeyd edib ki, YUNESKO-ya üzvlük ABŞ-ın “milli maraqlarına cavab vermir”.