Dünyaca məşhur britaniyalı rok ifaçısı Ozzi Osborn 76 yaşında vəfat edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun ailəsindən bildirilib.
"Sevdiyimiz Ozzi Osbornun bu səhər vəfat etməsi xəbərini sözlə ifadə edilməyəcək qədər kədərlə paylaşırıq. O, ailəsinin yanında idi və sevgi ilə əhatə olunmuşdu", - sənətçinin ailə üzvləri bildirib.
Osborn iyunun əvvəlində qurucusu olduğu "Black Sabbath" qrupunun heyəti ilə Birmingemdə vida konserti verib.