Axmat Kadırov "Axmat"ın prezidenti postunu tərk edib.
Publika.az xəbər verir ki, bu barədə çeçen komandasının mətbuat xidməti məlumat yayıb.
Klubun yeni baş məşqçisi 32 yaşlı Yakub Zakriyevdir.
"Yakub Salmanoviç 2017-ci ilin əvvəlindən klubun vitse-prezidenti vəzifəsini icra edir, komandanın fəaliyyətində fəal iştirak edir. Yakub Salmanoviçə doğma klubunun mənafeyi naminə uğurlar arzulayırıq", - Qroznı mətbuat xidmətinin bəyanatında deyilir.