AZ

Suriyanın cənubunda törədilən qətlləri araşdırmaq üçün komitə yaradılıb

Suriya hakimiyyəti ölkənin cənubundakı Əs-Suveyda vilayətində vəziyyətin gərginləşməsi zamanı törədilmiş qətlləri araşdırmaq üçün komitə yaradıb və bütün cinayətkarları məsuliyyətə cəlb edəcək.

Bakues.az-ın məlumatına görə, bu barədə Suriyanın keçid hökumətinin Müdafiə Nazirliyinin media ilə əlaqələr idarəsi məlumat verib.

Qurumun rəsmi “Telegram” kanalında dərc edilmiş bəyanata əsasən, Müdafiə Nazirliyi “Əs-Suveyda şəhərində hərbi formada olan naməlum qrup tərəfindən törədilmiş ciddi pozuntular barədə məlumatları izləyib”.

“Əs-Suveyda şəhərində qanun pozuntularını törədənlərə qarşı şəxsiyyətləri müəyyən edilərək maksimum cəza tədbirləri tətbiq ediləcək”, – bəyanatda vurğulanır.

Bildirilib ki, hərbi pozuntular üzrə komitənin araşdırmasını şəxsən müdafiə naziri Murxaf Abu Kasra izləyəcək.

Seçilən
60
4
icma.az

5Mənbələr