Ağ Evin mətbuat katibi Kerolayn Levitt "Fox News"a verdiyi müsahibədə Bayden ailəsinə “susmağı” tövsiyə edib.
Publika.az xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Co Baydenə və onun oğlu Hanter Baydenə müraciət edən Levitt belə deyib:
"Onlar evlərinə gedib oturmalı və susmalıdırlar, çünki ölkə vətəndaşlarının əksəriyyətinin yaşadığı reallıqlardan tamamilə uzaq düşüblər", — deyə o bildirib.
Levitt bu sözləri, Hanter Baydenin Amerika Beşinci Kanalına verdiyi müsahibədə prezident Donald Trampın miqrasiya siyasətini söyüşlərlə tənqid etməsinə cavab olaraq söyləyib.