AZ

“Bosch” Reutlinqen zavodunda 1100 iş yerini ixtisar edəcək

Bakı. Trend:

Almaniyanın nəhəng texnologiya şirkəti “Bosch”, Reutlinqenşəhərində yerləşən zavodunda 2029-cu ilə qədər 1100 iş yerininixtisarını planlaşdırır.

Trend xəbər verirki, bu barədə şirkət açıqlama verib.

İdarəetmə qurğuları istehsal edən müəssisə artıq rəqabətqabiliyyətini itirib, bu səbəbdən strukturun yenidən qurulmasına vəxərclərin azaldılmasına ehtiyac yaranıb. Gələcəkdə zavod əsasənyarımkeçirici məhsullar üzrə ixtisaslaşacaq.

İxtisarlar əsasən istehsal, idarəetmə qurğularının hazırlanmasıvə inzibati bölmələri əhatə edəcək. Qərarın verilməsində bazarşərtlərinin çətinləşməsi, tələbatın azalması, artan rəqabət vəqiymət təzyiqi əsas amillər kimi göstərilib.

Qeyd edək ki, hazırda Reutlinqen zavodunda təxminən 10 min işçiçalışır. Bu dəyişikliklər “Bosch”un 2023-cü ilin sonundan həyatakeçirdiyi ümumi ixtisar proqramının bir hissəsidir. Ümumilikdəşirkət üzrə 14 mindən çox iş yerinin ixtisarı planlaşdırılır vəbunun əsas hissəsi Almaniyadakı təchizat sahəsini əhatə edir.

Seçilən
129
az.trend.az

1Mənbələr