AZ

Türkiyənin hərbi texnika daşıyan gəmisi ƏLƏ KEÇİRİLDİ

Somali federal hökuməti üçün nəzərdə tutulmuş hərbi texnika daşıyan türk yük gəmisini ələ keçirilib.

Publika.az xəbər verir ki, bu barədə "Somali Guardian" və "Maritime Executive" nəşrləri məlumat yayıb.

Bildirilib ki, gəminin ələ keçirilməsinə görə məsuliyyəti öz üzərinə tanınmamış "Puntland dövləti" götürüb.

Gəmidə müasir zirehli transportyorlar, zenit topları və digər silahlar aşkarlanıb.

Gəminin saxlanıldığı dəqiq yer hələlik açıqlanmır.

Somalinin şərq hissəsində yerləşən Puntland 1998-ci ildə özünü "muxtar dövlət" olaraq elan edib.

Seçilən
106
publika.az

1Mənbələr