AZ

NATO qoşunları təlim üçün Gürcüstana gəlir

Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ və NATO Gürcüstana Cənubi Qafqaz, Mərkəzi və Cənubi Asiyada hərbi-siyasi və iqtisadi maraqlarını irəli sürmək üçün əlverişli tramplin kimi baxır. Reyting.az “Sputnik Kazaxstan”a istinadla xəbər verir ki, bunu hərbi ekspertlərdən biri deyib.Rusiya mətbuatı isə yazır ki, Gürcüstanda “Agile Spirit” manevrləri artıq 12-ci dəfədir keçirilir və anti-Rusiya xarakteri daşıyır. Bildirilir ki, bu, Abxaziya və Cənubi Osetiya respublikalarının təhlükəsizliyini təhdid edir. Guya, ABŞ və Türkiyənin bölgəyə müdaxiləsi sabitliyi pozur. Qeyd edək ki, Gürcüstanda “Agile Spirit 2025” təlimləri iyulun 25-dən avqustun 6-dək keçiriləcək.Y. QACAR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
1
reyting.az

2Mənbələr