AZ

Gəncədə iki qardaş BIÇAQLANDI

Gəncədə iki qardaş bıçaq xəsarəti alıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisənin şəhərin Gülüstan qəsəbəsində baş verdiyi bildirilir. 

Şəhər sakinləri 1993-cü il təvəllüdlü Vüqar Qazıyev və qardaşı 1999-cu il təvəllüdlü Dilsuz Qazıyev bədənlərinin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. 

Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

phrase_var_article.chosen
37
10
bizim.media

10phrase_var_article.sources