Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.
Gəncədə iki qardaş bıçaqlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları aparılır.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü V.Qazıyev və onun qardaşı 1999-cu il təvəllüdlü D.Qazıyev mübahisə zəminində bıçaq xəsarəti alıblar.
Onlar xəstəxanaya aparılıb, vəziyyətləri kafi qiymətləndirilir.
Onları bıçaqlamaqda şübhəli bilinən, 2001-ci il təvəllüdlü F.Qurbanov isə hadisə yerindən qaçıb.
Hadisənin başvermə səbəbləri hələ məlum deyil.
Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.