Yazını böyüt
Yazını kiçilt
"Air India" aviaşirkətinin Honkonqdan Hindistana uçan "Airbus A321" təyyarəsi paytaxt Nyu-Delhidəki İndira Qandi Beynəlxalq Hava Limanına endikdən sonra yanmağa başlayıb.
Hafta.az xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb. Bildirilib ki, enişdən sonra sərnişinlər çıxmağa başlayanda təyyarənin quyruq hissəsində yerləşən köməkçi enerji blokunda yanğın baş verib.
Sərnişinlər və heyət üzvləri təhlükəsiz şəkildə təxliyə ediliblər.